6 Aprel 2025 / 19:57

Azərbaycan həbsdə olan separatçılardan niyə mina xəritələrini almır?

Son iki həftə ərzində Qarabağda ona yaxın mülki şəxs minadan zərər çəkib, üç nəfər ağır xəsarətlə hələ də müalicə almaqdadır, onların aşağı ətraf orqanlarından ən azı biri amputasiya edilib.

Bu gün isə Ağdamda ata və iki azyaşlı övladları minaya düşüb… Azərbaycan Xarici İşlər Nazirliyi yenidən beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə qəsdən mane olan Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb. Tezadlar.az xatırladır ki, bu barədə XİN-nin X hesabında paylaşım edilib. Qeyd olunub ki, bu gün növbəti mina partlayışları nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla, 4 Azərbaycan vətəndaşı ağır xəsarət alıb: “2020-ci il müharibəsi başlayandan bəri mina partlayışları nəticəsində 392 nəfər ölüb və ya yaralanıb. Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərinə qəsdən mane olmasına, günahsız insanların həyatını təhlükə altına atmağa davam etməsinə, münaqişədən sonrakı bərpaya mane olan genişmiqyaslı minalarla çirklənməyə görə Ermənistanı məsuliyyətə cəlb etməyə çağırırıq”.

XXX

Hazırda Qarabağda hərbi cinayət törətmiş bir qrup erməni, eləcə də atarixdən birfğdəfəlik silinmiş “DQR- adlı separatizm yuvasının rəhbərləri Bakıda məhkəmədə cinayətlərini etiraf etməkdədirlər. Hesab edirik ki, Azərbaycan hökuməti bu separatçı rəhbərlərdən mina xəritələrinin yerini öyrənə və bu xəritələri ala bilər. Çünki Ermənistan rəhbərliyi bu xəritələri vermək fikrində deyil…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!