7 Aprel 2025 / 11:10

Fransa nümayəndə heyətinə tutarlı cavab verib və deyib ki…

Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Fransa Senatının nümayəndə heyəti, eləcə də İsveçrə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Loran Verli ilə görüş keçirib. Tezadlar.az xəbər verir ki, görüş zamanı Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinə toxunulub. Samxaradzenin sözlərinə görə, görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət və ölkə ətrafında cərayan edən siyasi proseslərə də toxunulub. O bildirib ki, Gürcüstan nümayəndə heyəti Avropa İttifaqından yalnız bir şey tələb etdiyni qeyd edib. Sitat: “Bizim Avropa İttifaqından istəyimiz odur ki, onlar Gürcüstanın düşdüyü çətin geosiyasi vəziyyəti nəzərə almalı və ölkə üçün təhlükə yarada biləcək heç nə tələb etməməlidirlər. Fransa nümayəndə heyətinə dedim ki, Gürcüstan özünü Estoniya kimi apara bilməz, biz nə NATO, nə də Avropa İttifaqının üzvüyük, parlamentdən cəmi 35 kilometr aralıda rus qoşunları yerləşir”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!