8 Aprel 2025 / 15:25

Ərdoğan onu məhkəməyə verdi- 500 min lirə cərimə cəzası tələbi var!

Bu yaxınlarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmişdi. O, buna  görə məhkəməyə verilib. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib. Onun sözlərirnə görə, CHP sədri Özgür Özəl barəsində 500 min lirəlik iddia qaldırılıb. Sitat:”Özgür Özəlin CHP-nin növbədənkənar qurultayında prezidentimiz barəsində əsassız ittihamlar irəli sürdüyünə və təhqiramiz ifadələr səsləndirdiyinə görə məhkəməyə müraciət edilib və yarım milyon lirə təzminat ödənilməsi istənilib”.

H.Aydın həmçinin bildirib ki, Türkiyə qanunvericiliyinə görə, Ankara Baş Prokurorluğunda məsələ ilə bağlı cinayət işi açılıb.

Özgür Özəl də özünə iki vəkil tutub və hazrda cinayət işi üzrə müdafiə çıxışı hazırlanır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!