9 Aprel 2025 / 08:32

Ukraynada əsir düşən Çin hərbçiləri: Çin və Rusiya susur, ABŞ isə…

Ötən gün Ukrayna prezidenti Zelenski Ukrayna cəbhısində əsir götürülmüş Çin hərbçiləri barədə məlumat paylaşmışdı. Hələki Rusiya və Çin hökumətləri susur, amma  ABŞ Dövlət Departamenti Çin əsgərlərinin Ukraynada əsir düşməsi ilə bağlı məlumatı şərh edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Departamentin mətbuat katibi Temmi Bryus mətbuat konfransında danışıb. Sitat:  “Çin əsgərlərinin əsir düşməsi bizi narahat edir. Bizə, Ukraynanın Rusiyanın tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürdüyü barədə məlumat daxil olub. Çin, Ukraynada baş verən müharibədə Rusiyanın əsas müttəfiqidir”.

Onun sözlərinə görə, Çin Rusiyanın müharibəni davam etdirmək üçün ehtiyac duyduğu ikili təyinatlı maddələrin təxminən 80 faizini təmin edir. Çin və Rusiya rəsmiləri isə hələki bu ittihamlara susur.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!