9 Aprel 2025 / 16:45

Sovet qoşunları 36 il əvvəl Gürcüstanda mitinqi zorakılıqla dağıtdı…

Bu gün, 1989-cu ilin 9 aprel tarixində paytaxt Tbilisidə vətən uğurunda həyatını itirən qardaş-bacılarmızın qəhramanlıq tarixindən 36 il ötür. Tezadlar.az xatırladır ki, həmin gün Sovet qoşunları Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıb. Nəticədə 21 nəfər həyatını itirib, yüzlərlə insan yaralanıb. Faciədən iki il sonra, 1991-ci ilin aprelin 9-da Gürcüstan dövlət müstəqilliyinin bərpasını elan edib. 9 aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.

Maraqlıdır ki, həmin qoşunların varisi olan rus ordusu Gürcüstanda iki separatçı “dövlət” yaradıb, hələ də həmin ərazilər işğaldadır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!