Əsas məzmuna keç

Rusiyanın raket zərbələri Ukraynanın bu şəhərində ən azı 30 mülki şəxsi öldürüb və…

Bu gün Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb. Ukraynanın daxili işlər naziri İqor Krimenkonun sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır. Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.

Ukrayna ordusunun adını çəkilmək istəməyən rəsmilərindən biri isə qeyd edib ki, Rusiyanın əsas  şəhərləri bu raket zərbəsinə cavab atəşləri ilə məhv ediləcək.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…