Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya hərbçiləri Belqorod vilayətinin Demidovka və Popovka yaşayış məntəqələrinə nəzarət edir.
Tezadlar.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Rusiya Müdafiə Nazirliyinin “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri, general-leytenant Aptı Alaudinov deyib.
“”Xoxla” bölməsi Demidovka kəndinin 70%-dən çoxunu təmizlədi. İki istiqamətdən kömək etdilər – 34-cü briqadanın və 83-cü alayının döyüşçüləri. Qeyd edim ki, Popovka da təmizlənib. Bölmələrimiz Müdafiə Nazirliyinin “Şimal” qrupunun digər bölmələri ilə birlikdə dəqiq xətt çəkərək hər şeyi təmizləyiblər. Yaşayış məntəqələri bizim nəzarətimizdədir”, – deyə o, Telegram kanalında yayımlanan videoda bildirib.
ELBAR