Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Gürcü Arzusu” partiyasının deputatları İrakli Zarkua və Viktor Sanikidze Tbilisiyə qayıdıblar.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata əsasən, onlara Əbu-Dabi hüquq-muhafizə orqanları tərəfindən 80 min dollar məbləğində cərimə tətbiq edilib. Xatırladaq ki, 13 yanvar tarixində Əbu-Dabidə “Gürcü Arzusu” partiyasının deputatları İrakli Zarkua, Viktor Sanikidze və Qela Samxarauli vətəndaş fəalı Laşa Qabitaşvili ilə aralarında fiziki qarşıdurma yaşanıb. Hadisə bir otelin yeməkxanasında baş verib.