16 Aprel 2025 / 12:46

Hərbi vəziyyət və ümumi səfərbərlik uzadıldı

Xalq deputatı Yaroslav Jeleznyak öz Telegram kanalında Ukrayna Ali Radasının ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini uzaddığını bildirib.

Tezadlar.az xəbər verir ki, onun sözlərinə görə, hərbi vəziyyətin müddəti bu il avqustun 6-dək uzadılacaq.

“Rada hazırkı çağırışda Ukraynada 15-ci dəfə hərbi vəziyyətin davam etdirilməsini təsdiqləyib”, – Jeleznyak qeyd edib.

O, aydınlaşdırıb ki, yalnız bir xalq deputatı Aleksey Qonçarenko (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir) həm səfərbərliyin, həm də hərbi vəziyyətin uzadılmasının əleyhinə səs verib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!