Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Sənət adamlarına dəstək olmaq lazımdır.” İmişlinin Cəfərli kəndinin sakini Gülnarə Məmmədovanın rayon mərkəzində fərdi sərgisi keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə deputat, MCP lideri Razi Nurullayev sosial media hesabında məlumat verib.
“İmişlinin Cəfərli kəndində yaşayıb-yaradan, doğurdan da gözəl rəssam olan Gülnarə Məmmədovanın İmişli şəhərində keçirilən fərdi sərgisində iştirak etdim. Bir əsər də aldım. Sənət adamlarına dəstək olmaq lazımdır. Hörmətli iş adamları, ziyalılar, vəzifəli şəxslər Gülnarə xanımın əsərlərini alın, dəstək olun. Bu çox vacibdir. Zaman gələcək, o əsərlərin hər biri çox qiymətsiz olacaq. Qoy evlərinizin, ofislərinizin divarlarını gözəl sənət əsərləri bəzəsin”, – deyə deputat qeyd edib.
JASMİN