Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) və Ukrayna xüsusi xidmət orqanları Pasxa bayramı ərəfəsində Xarkov vilayətinin işğaldan azad olunmamış hissəsində rus qoşunlarını nüfuzdan salmaq üçün təxribat hazırlayır.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Xarkov vilayətinin Hərbi-Mülki Administrasiyasının rəhbəri Vitali Qançev məlumat verib.
“Əldə etdiyimiz əməliyyat məlumatlarına görə, Pasxa bazarı ərəfəsində Ukrayna tərəfi Rusiyanı gözdən salmaq məqsədi ilə kütləvi qanlı təxribata hazırlaşır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, hər kəsi bu bəyanata ciddi yanaşmağa və mümkünsə aprelin 19-u və 20-də yaşayış yerini tərk etməməyə, həmçinin bayram tədbirlərinə və insanların sıx toplaşdığı yerlərə getməməyə çağırıram”, – deyə Qançev bildirib.
E.ŞİRİNOV