21 Aprel 2025 / 08:20

Rusiyada hərbi çağırışla bağlı inanılmaz görüntülər: müharibəyə getmək istəməyən gənc özünü eyvandan atmaq istədi!

Ötən gün Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya 30 gün müddətinə uzadılma ehtimalı ilə mülki infrastruktura qarşı uzun mənzilli PUA və raket zərbələrini dayandırmağı təklif edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski bu haqda öz “Telegram” kanalında yazıb. Sitat:  “Bununla belə, bu gün hava həyəcanı siqnalları olmadı. Deməli, bu, əldə olunmuş və davam etdirməsi ən asan olan bir sakitlik formatıdır. Ukrayna, mülki infrastruktur obyektlərinə uzaqmənzilli dronlar və raketlərlə istənilən zərbələrdən azı 30 gün müddətinə imtina edilməsini və bu müddətin uzadılması imkanını təklif edir. Əgər Rusiya belə bir addıma razılaşmasa, bu, onun yalnız insan həyatını məhv edən və müharibəni davam etdirən hərəkətlərə üstünlük verdiyinə sübut olacaq”.

Rusiya rəhbərliyindən isə hələki bu təklifə reaksiya yoxdur.

Bu arada sosial mediada Rusiyada hərbi çağırışla bağlı həyəcanlı xəbərlər gəlir. Belə ki, müharibəyə getmək istəməyən gənc oğlan özünü hündürmərtəbəli evin eyvanından atmaq istəyir, evə girib onu tutub komissarlığa aparmaq istəyən iki polis nəfəri isə gənci zorla tutub aparırlar…

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!