Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell departamentin rəhbəri Pete Heqsetin həyat yoldaşı, qardaşı və şəxsi vəkilinin daxil olduğu söhbətdə məxfi məlumatları paylaşdığı yeni Siqnal söhbət qalmaqalını rədd etdi.
Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi X sosial şəbəkəsindəki hesabında yazıb.
“Siqnal söhbətlərinin heç birində məxfi məlumat yox idi, onlar bu hekayəni fırlatmağa nə qədər çalışsalar da, həqiqət budur ki, Müdafiə Nazirinin Ofisi Prezident Donald Trampın gündəliyini həyata keçirməkdə daha güclü və təsirli olmağa davam edir”, – Parnell bildirib.
Eyni zamanda, “Axios” portalı Pentaqondakı mənbələrə istinadən bildirir ki, Heqsetin şöbəni effektiv idarə edə bilməməsi ilə bağlı “çaşqınlıq” getdikcə artır. Bununla bağlı onun istefaya getməsinin mümkünlüyü nəzərdən keçirilir.
Daha əvvəl məlum olmuşdu ki, Heqset Yəmənin “Ənsar Allah” hərəkatına zərbələr endirilməsi ilə bağlı məxfi məlumatı Siqnal messencerdə öz qohumlarının da olduğu söhbətə göndərib. Pentaqon rəhbərinin icazə üçün şəxsi telefonundan istifadə etdiyi də qeyd edilir.
E.ŞİRİNOV