21 Aprel 2025 / 12:45

Çin ABŞ Konqresinin üzvlərinə qarşı sanksiyalar tətbiq edir

Çin ABŞ Konqresinin üzvlərinə, eləcə də Çinin daxili işlərinə qarışmaqda ittiham olunan Amerika rəsmilərinə və qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərlərinə qarşı sanksiyalar tətbiq edir.

Tezadlar.az xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Çin hökuməti Honq-Konqla bağlı məsələlərdə qeyri-adekvat davranan ABŞ Konqresinin üzvlərinə, rəsmilərə və QHT rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Amerika tərəfinin istənilən qanunsuz hərəkəti Çin tərəfindən qətiyyətli cavab və müvafiq əks tədbirlərlə qarşılanacaq”, – deyə məlumatda bildirilir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun da bu qərarın ABŞ-ın Çinin Honq-Konqdakı mərkəzi hökumət idarələrinə və inzibati bölgədəki 6 məmura qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq verildiyini bildirib. O vurğulayıb ki, ABŞ-ın bu cür tədbirləri “Honq Konq işlərinə və Çinin daxili işlərinə ciddi müdaxilədir”.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Ukraynada Pasxa atəşkəsi ilə bağlı şərh verərək, tərəflərin böhranın dialoq və danışıqlar yolu ilə həllini davam etdirəcəyinə ümid etdiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!