21 Aprel 2025 / 23:01

İlon Mask ABŞ hökumətində tutduğu vəzifədən gedir

Milyarder “solçu qüvvələrin hücumlarından” bezdiyi üçün dövlət qulluğundan getmək istəyir…

Tezadlar.az  xəbər verir ki, Washington Post qəzetində qeyd edildiyi kimi, Maskın xüsusi dövlət işçisi statusu bu ilin may ayında başa çatır və bu müddətin uzadılıb-uzadılmayacağı hələ məlum deyil.

Qəzet yazır ki, “ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri lon Mask solçulardan gələn xoşagəlməz və qeyri-etik hücum axınından bezdiyi üçün istefaya getmək istəyir”.

Eyni zamanda  qeyd edilir ki, Mask hazırda rəhbərlik etdiyi DOGE-nin gələcək işi ilə bağlı narahat deyil, çünki onun komandasının üzvləri artıq “bir çox federal qurumlarda yerləşiblər”. Ağ Evin adı açıqlanmayan yüksək rütbəli məmuru Washington Post-a bildirib ki, DOGE “özləri üçün danışan” tarixi nəticələr əldə edib.

ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan DOGE “boş xərcləmələri azaltmaq və federal agentlikləri yenidən strukturlaşdırmaq” üçün nəzərdə tutulub. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson daha əvvəl demişdi ki, Hökumətin Səmərliliyi departamenti ABŞ hökumətinin Konqres tərəfindən təsdiqlənməmiş “şokedici” xərclərini müəyyən edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!