Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın Vladimir vilayətinin Kirjaç rayonunda dronlar peyda olub və partlayış baş verib, həmin ərazidə fövqəladə vəziyyət elan edilib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Sitat: “Kirjac rayonunda partlayış baş verib. Hadisə yerində məsul qurumlar işləyir. Daha sonra ətraflı məlumat veriləcək”, – vilayətin qubernatoru Aleksandr Avdeyev “Telegram” kanalında bildirib.
Vladimir vilayətinin Kirjaç rayonunun başçısı Yelena Karpova qeyd edib ki, hadisə yerinə bütün çevik reaksiya qüvvələri cəlb edilib.
Kirjaç rayonunun Barsovo və Mirnıy qəsəbələrindən sakinlərin təxliyəsi həyata keçirilir.
Rusiyanın sosial media idtifadəçiləri isə bunun Ukrayna dronları tərəfindən edildiyini yazır.
A.Məmmədli