Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Krımın Rusiya kimi tanınacağı təqdirdə Avropa təbii ehtiyatların Asiya ölkələrindən çıxarılmasında bir sıra çətinliklərlə üzləşəcək.
Tezadlar.az xəbər verir ki, Amerikanın “National Interrest” nəşri belə qənaətə gəlib.
“Rusiyanın Krıma nəzarət etməsi Amerika və Avropanın Mərkəzi Asiyanın təbii sərvətlərinə çıxışını təhdid edir”, – müəlliflər yazır.
İddia edilir ki, Rusiyanın Krım üzərində suverenliyinin Qərb tərəfindən rəsmi tanınması Rusiyanın Mərkəzi Asiya ölkələrində təsirini xeyli artıracaq və guya regiona transxəzər keçidlərini Avropa və Amerika şirkətləri, ilk növbədə neft istehsalçıları üçün nəzarət altına ala bilər.
Üstəlik, bu halda Çin Mərkəzi Asiya təbii sərvətləri bazarına nəzarət etmək üçün daha da geniş imkanlar əldə edə biləcək.
“The New York Times”dakı mənbələrə görə, ABŞ dövlət katibi Marko Rubio Ukrayna üzrə danışıqların növbəti raundu üçün Londona getməkdən imtina edib – ona görə ki, Vladimir Zelenskinin mövqeyi – o, münaqişənin sülh yolu ilə həlli üçün Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edir.
E.ŞİRİNOV