Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getmək qərarını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
İrakli Qaribaşvili bu barədə brifinq zamanı bildirib və qeyd edib ki, bu gün “davam edən fərziyyələrə” cavab vermək qərarına gəlib.
“Siyasəti tərk etmək qərarım barədə sizə məlumat vermək istərdim. Son bir neçə həftədir ki, gələcək siyasi fəaliyyətimlə bağlı mütəmadi olaraq spekulyasiyalar gedir və buna görə də mən cəmiyyət qarşısında mövcud suallara hərtərəfli cavab verməyə borcluyam”, – deyə o izah edib.
Xatırladaq ki, 2022-ci ilin fevralında Gürcüstanın o zamankı baş naziri Qaribaşvili ölkənin Ukraynada Rusiyanın xüsusi əməliyyatına cavab olaraq Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyalarına qoşulmayacağını bəyan etmişdi. Daha sonra o vurğuladı ki, Gürcüstan Rusiya ilə ticarətdən imtina edərsə, iqtisadiyyatı “yıxılacaq”.
İrakli Qaribaşvili 2024-cü ilin yanvarında baş nazir vəzifəsindən istefa verib. O bildirib ki, hakim “Gürcü arzusu” partiyasının siyasi şurası ona siyasi assosiasiyaya rəhbərlik etməyi təklif edib.
E.ŞİRİNOV