Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Aprel 2025 / 10:34

ABŞ Rusiya bombardmançısını belə tərifləyib

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın səsdən sürətli bombardmançı Tu-160M ​​təyyarəsinə qarşı heç bir əks tədbir görmür.

Tezadlar.az xəbər verir ki, bu barədə Amerikanın “The National Interest” (TNI) jurnalının məqaləsində deyilir.

Məqalə müəllifinin fikrincə, Tu-160M-nin kütləvi istehsalı qurulan kimi, bu, Ukrayna münaqişəsinin nəticələrinə böyük təsir göstərəcək, çünki “Kiyevin bombardmanlara qarşı effektiv tədbirləri yoxdur”.

Qeyd olunur ki, Rusiya müdafiə sənayesi Şimali Atlantika Alyansı ölkələrinin istehsal güclərindən fərqli olaraq, yeni strateji üstünlüklər təmin edəcək təyyarələrin modernləşdirilməsinə imkan verə bilər.

Daha əvvəl “19FortyFive” qeyd etmişdi ki, fərqli formasına görə “Ağ Qu” ləqəbli Rusiyanın Tu-160 strateji bombardmançı təyyarəsi təhlükəli platforma olaraq qalır.

Yanvarda Amerikanın “The National Interest” jurnalı yazmışdı ki, Rusiya Tu-160-larının modernləşdirilməsi ABŞ-ın Rusiya Federasiyası ilə münasibətlərə yanaşmasının uğursuzluğundan xəbər verir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!