Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Aprel 2025 / 11:56

O, Tramp-Zelenski görüşünü “hər şey bitdi” kimi qiymətləndirib

Respublikaçıların nümayəndəsi Marjorie Teylor Qrin Vatikanda ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında keçirilən görüşü tənqid edib.

Tezadlar.az xəbər verir ki, o, X sosial şəbəkəsində iki liderin Müqəddəs Pyotr Bazilikasında qısa görüşünün fotosunu müşayiət edərək, “Hər şey bitdi” yazıb.

“Sky News”-un məlumatına görə, siyasətçilər Papa Fransiskin dəfn mərasimindən sonra danışmalı idilər, lakin bu baş verməyib.

Xatırladaq ki, aprelin 26-da Vatikanda Donald Tramp və Vladimir Zelenski arasında qısa görüş baş tutub. Ağ Ev onların söhbətini çox məhsuldar adlandırıb. “Sky News”-un məlumatına görə, iki ölkə liderləri Papa Fransiskin Vatikanda dəfn mərasimindən sonra danışıqlar aparmağa razılaşıblar, lakin onlardan sonra ABŞ prezidenti Romadan sürətlə ayrılıb. Zelenski ilə görüşdən sonra Tramp bildirib ki, Ukrayna prezidenti Krımın qaytarılması tələblərindən imtina etməyə hazırdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!