Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Aprel 2025 / 12:32

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

ABŞ İranın nüvə proqramını məhdudlaşdırmaq üçün bütün variantları müzakirə edir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.

“Bütün variantlar masadadır. İranın nüvə silahı olmamalıdır, prezident Donald Tramp bu məsələdə tamamilə ciddidir”, – Vals “New York Post” qəzetinə İranın nüvə obyektlərinə zərbələr endirilməsi ehtimalı ilə bağlı bəyanatları şərh edərkən deyib.

Prezidentin köməkçisi ümid etdiyini bildirib ki, Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə gözlənilən səfəri regionda bir sıra münaqişələrə son qoyulması üçün irəliləməyə kömək edəcək. Vals qeyd edib ki, Birləşmiş Ştatlar hazırda Qırmızı dənizdə naviqasiya azadlığı uğrunda husilərlə mübarizə aparır və Qəzza zolağında vəziyyəti həll etmək üçün çalışır.

Xatırladaq ki, aprelin 26-da Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üzrə dolayı danışıqların üçüncü raundu Maskatda baş tutub. Tərəflər arasında məsləhətləşmələrin birinci raundu aprelin 12-də Maskatda, ikincisi isə aprelin 19-da Romada baş tutub. Növbəti danışıqlar mayın 3-də İtaliyanın paytaxtında baş tutacaq. Yüksək səviyyəli siyasi danışıqlara paralel olaraq Omanın paytaxtında İranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edən ekspertlərlə texniki məsləhətləşmələr keçirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!