Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Aprel 2025 / 12:50

Ukrayna PUA-sının zərbəsi nəticəsində üç Belqorod sakini yaralanıb

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Belqorodun Şebekino şəhərində minik avtomobilinə hücum edib. Nəticədə, 3 mülki şəxs yaralanıb.

Tezadlar.az bildirir ki, bu barədə qubernator Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

Mina partlayışı, döş qəfəsinin və ayaqlarının qəlpə yaraları ilə rayon klinik xəstəxanasına, mina partlayışı, barotravma və baş və qol nahiyəsindən qəlpə yaraları alan qadın Belqoroddakı 2 saylı xəstəxanaya göndərilib. Daha bir zərərçəkənin əlləri və ayaqları əzilib və müalicəsini ambulator kimi davam etdirəcək.

Avtomobilin şüşəsi sınıb, kuzovuna ziyan dəyib. Bundan əlavə, yaxınlıqdan keçən avtomobil qəlpələrdən zədələnib.

Vyaçeslav Qladkovun sözlərinə görə, son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində 2 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Ümumilikdə, doqquz bələdiyyə atəşə məruz qalıb, onlardan yeddisində ziyan qeydə alınıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!