Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 08:19

Ukraynanın bəzi əraziləri güzəştə gedilə bilər, təki…

ABŞ ilə Ukrayna arasında təbii sərvətlərin istismarı ilə bağlı Sazişin imzalanması cıbhədə vəziyyəti dəyişdirməyə bilməz. “Kiyev Ukraynadakı münaqişənin nizamlanması üçün bəzi ərazilərdən güzəştə getməyə artıq razıdır”,- deyən Trampın xüsusi nümayəndəsi Kit Kelloq mediaya açıqlamasında əlavə edib ki, ABŞ da Rusiyanın bəzi ərazi tələbləri ilə qismən razılaşmağa hazırdır. Xüsusi nümayəndə bildirib ki, ABŞ Londonda keçirilən görüşdə Ukraynada sülhün bərpa olunması üçün 22 konkret şərt irəli sürüb və Kiyev bu şərtlərlə razılaşıb. Sitat: “Bu əraziləri hüquqi baxımdan daimi olaraq tanımaq fikrində olmasalar da ukraynalılar faktiki olaraq Rusiya tərəfindən işğal olunmuş əraziləri güzəştə getməyə hazırdırlar. Onlar belə bir varianta razıdırlar. Onlar başa düşürlər ki, atəşkəs rejimi qurulanda hər tərəf öz mövqelərində qalacaq. Məhz buna hazırdırlar. Keçən həftə mənə bildirdilər ki, bu razılaşmanı artıq müzakirə ediblər.”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!