Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynaya məxsus pilotsuz təyyarələrin Kursk vilayətinin Rılsk şəhərində yaşayış binalarına hücumundan sonra terror aktı ilə bağlı cinayət işi açılıb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
“Ukrayna silahlı birləşmələrinin Kursk vilayətinə hücumu faktı əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a”, “b” bəndlərində nəzərdə tutulmuş cinayət (terror aktı) ilə cinayət işi açılıb”, – o deyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib və PUA-nın fraqmentləri, o cümlədən maksimum ziyan vurmaq üçün partlayıcı qurğuların doldurulması üçün istifadə edilən zərbə elementləri aşkar ediblər. Tapılan obyektlər ekspertizaya göndəriləcək.
Xatırladaq ki, aprelin 29-da ukraynalı döyüşçülər Rılsk ətrafına pilotsuz təyyarələrlə hücum ediblər. Nəticədə, iki kişi və bir qadın olmaqla üç nəfər yaralanıb. Bir neçə yaşayış binası və uşaq bağçası binasına da ziyan dəyib.
E.ŞİRİNOV