Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Amerikanın Ukraynaya hərbi dəstəyini məhdudlaşdıra bilər, lakin çətin ki, tamamilə dayandırsın.
Tezadlar.az xəbər verir ki, italiyalı admiral və NATO-nun hərbi komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.
“Mən düşünmürəm ki, Amerika Ukraynaya hərbi yardımı tamamilə əngəlləyəcək, bəlkə onu yenidən təşkil edə, yenidən nəzərdən keçirə bilər, amma ləğv edə bilməz”, — zabit bildirib ki, Avropanın Kiyevə verdiyi ümumi yardım artıq Amerikanın köməyindən çoxdur.
Bundan əvvəl Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals bildirmişdi ki, Ağ Ev Ukraynaya hərbi yardımın xərclərini “geri qaytarmağa” çalışacaq.
E.ŞİRİNOV