Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2025 / 10:35

İsrailin hücumuna məruz qalan “Azadlıq Donanması” gəmisi Malta sahillərində batır

İsrailin hücumuna məruz qalan humanitar yardım işçilərini daşıyan “Azadlıq Donanması” gəmisi Malta sahillərində batıb.

Tezadlar.az bildirir ki, bu barədə CNN-ə “Azadlıq Donanması”nın ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Yasemin Akar məlumat verib.

Onun sözlərinə görə, gəmidə deşiklər var və gəmi batmaqdadır.

“Hazırda batan bu gəmidə 30 beynəlxalq insan haqları müdafiəçisi var”, – Akar deyib. O, gəminin beynəlxalq sularda Malta sahillərində iki dəfə hücuma məruz qaldığını bildirib. Hazırda o, 17 km (10,5 mil) dənizdə lövbər salıb və ekipaj “SOS siqnalları göndərib”.

Bundan əvvəl Qətərin “Əl-Cəzirə” telekanalı Kipr Hərbi Dəniz Qüvvələrinin qəza çağırışına cavab verdiyini bildirib. “Azadlıq Donanması”nın gəmisi Fələstin anklavının blokadasını yarmaq istəyərkən İsrailə məxsus pilotsuz təyyarənin hücumuna məruz qalıb.

2024-cü ildə bir neçə ölkədən olan sülh fəalları tərəfindən yaradılan “Azadlıq Donanması” İsrailin Qəzza zolağının blokadasına müqavimət göstərmək və mühasirədə olan Fələstin ərazisinə humanitar yardım çatdırmaq üçün çevrilmiş trol gəmisindən istifadə edir.

E.ŞİRİNOV  

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!