Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Spiegel” yazır ki, ABŞ prezidenti Donald Tramp alyans ölkələri müdafiə xərclərini artırmasa, iyunda keçiriləcək NATO sammitini buraxa bilər.
ABŞ-ın NATO-dakı yeni səfiri Metyu Vitaker məqalədə qeyd olunduğu kimi, Şimali Atlantika blokunun səfirlərinə bununla bağlı xəbərdarlıq edib və Ağ Evin üzv dövlətlərin Ümumi Daxili Məhsulun (ÜDM) 5%-ni müdafiəyə xərcləməyi öhdəsinə götürməsi tələbini vurğulayıb.
Nəşr bildirir ki, almanlar əvvəlcə “bu beş faiz”i ciddi qəbul etmədilər, bunun sadəcə danışıqlar taktikası olduğuna inandılar.
“İndi Vitakerin sözünə qulaq asırlar”, – nəşr vurğulayır.
Mart ayında Tramp deyib ki, Vaşinqton yalnız müdafiəyə “ÜDM-in ağlabatan faizini” xərcləyən hərbi blok müttəfiqlərini müdafiə edəcək.
E.ŞİRİNOV