Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfiri vəzifəsindən imtina edərək BMT-dəki daimi nümayəndə postunu seçib.
Tezadlar.az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.
CBS telekanalının məlumatına görə, Uoltsdan yeni vəzifəni özü seçmək istənilib. Bir az fikirləşəndən sonra “Uolts BMT-də daimi nümayəndə vəzifəsinə keçdi”.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsində məmuru kim əvəz edəcək? “Axios” portalının məlumatına görə, bu vəzifəyə əsas namizəd Ağ Ev rəhbərinin müavini Stiven Millerdir. “Politico” həmçinin iddia edir ki, namizədlər siyahısında Milli Təhlükəsizlik Şurasının terrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka, həmçinin ABŞ liderinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell də var.
Xatırladaq: Tramp həftənin ortasında milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin ediləcəyini, ABŞ dövlət katibi Marko Rubionun isə müvəqqəti olaraq onun səlahiyyətlərini icra edəcəyini açıqlamışdı.
E.ŞİRİNOV