Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi, Almaniya və Braziliyadakı keçmiş səfiri Andriy Melnik Avropa və Amerika qoşunlarının Ukraynaya sülhün təminatçısı kimi göndəriləcəyinə şübhə etdiyini bildirib.
Tezadlar.az xəbər verir ki, o, fikirlərini “RBC-Ukrayna”ya müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, Ukraynanın qarşısında sülh sazişini təmin etmək üçün praktiki mexanizmlər hazırlamaq vəzifəsi dayanır. Melnik Avropa və Amerika qüvvələrinin təhlükəsizliyin təmin edilməsinə cəlb olunmasına icazə versə də, hazırda belə bir ssenarinin mümkün olmadığını hesab edir.
“İnanmaq istərdim ki, sülhün qorunması üçün təminat elementlərindən biri məhz Avropa dövlətləri və ABŞ-ın iştirakı ilə çəkindirici qüvvələr olacaq. Lakin belə bir ssenari hələ də mümkün görünmür”, – Melnik qeyd edib.
Alternativ olaraq o, Təhlükəsizlik Şurasının müvafiq mandatı əsasında BMT-nin sülhməramlı kontingentinin yaradılmasına baxmağı təklif edib.
Aprelin sonunda “The Times” qəzeti yazıb ki, Ukrayna üzrə qondarma “istəklilər koalisiyası”na daxil olan Avropa ölkələri maliyyə və kadr çatışmazlığı səbəbindən Moskva ilə Kiyev arasında münaqişə bitdikdən sonra respublikaya göndərmək üçün hətta 25 min əsgər toplamaqda çətinlik çəkəcək.
E.ŞİRİNOV