Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropanın müdafiə və kosmos üzrə komissarı, Litvanın keçmiş baş naziri Andrius Kubilius sosial şəbəkədə ABŞ prezidenti Donald Trampın münaqişəni dayandırmaq planının baş tutmayacağı təqdirdə Avropanın Ukraynaya hərbi yardımını ikiqat artırmağı təklif edib.
“Əgər Tramp Putini sülh bağlamağa inandırmasa, biz çox tez sülh üçün daha inandırıcı iddia irəli sürə bilərik”, – deyə Kubilius yazıb və əlavə edib ki, bu, Ukraynaya hərbi dəstəyin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur.
Tezadlar.az xəbər verir ki, Avropa komissarının hesablamalarına görə, Aİ və ABŞ əvvəllər Ukraynaya hər il təxminən 40 milyard avro hərbi yardım edirdi. Onun sözlərinə görə, Avropa Ukraynanın özündən də müasir silahların alınmasına eyni məbləğdə vəsait xərcləyə bilər. Kubilius hesab edir ki, bu silahın qiyməti Aİ və ABŞ-da istehsal olunanların yarısı qədər bahadır, Ukrayna Silahlı Qüvvələri eyni məbləğə iki dəfə çox silah alacaq.
O, həmçinin xatırladıb ki, Aİ üzv ölkələrə kreditlərin verilməsini dəstəkləyib və bu kreditlərdən Ukraynaya hərbi dəstəyi artırmaq üçün istifadə edilə bilər.
Avropa komissarının fikrincə, “Sülh güc vasitəsilə” düsturu praktikada həqiqətən belə işləyəcək.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya Federasiyası “2022-ci ildə başlananı Rusiyaya lazım olan nəticə ilə məntiqi sonluğa çatdırmaq üçün kifayət qədər gücə və resursa malikdir”.
E.ŞİRİNOV