Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moskva Sudanda münaqişənin bütün tərəflərini hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və siyasi və diplomatik səyləri aktivləşdirməyə çağırır.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, mayın 4-də pilotsuz uçuş aparatlarından istifadə etməklə Port Sudan şəhərində bəzi obyektlərə, o cümlədən mülki aerodromlara zərbələr endirilib. Nəticədə, hazırda Sudanın əsas hava mərkəzi olan şəhərə hava hərəkəti dayandırılıb.
“Moskva münaqişənin bütün tərəflərini hərbi əməliyyatları tez bir zamanda dayandırmağa və kənar müdaxilə olmadan ölkədə davamlı sülhün bərqərar olması, onun suverenliyinin, birliyinin və ərazi bütövlüyünün qorunması ilə nəticələnəcək geniş sudanlararası dialoqun başlanmasına yönəlmiş siyasi və diplomatik səyləri gücləndirməyə çağırır”, – Rusiya XİN-in bəyanatında deyilir.
Diplomatik departament qeyd edib ki, “Moskva 2023-cü ilin aprelindən bəri Sudan Respublikasında nizami ordu ilə Çevik Reaksiya Qüvvələrinin bölmələri arasında davam edən qanlı silahlı qarşıdurmadan dərin narahatlığını bildirir”.
“Rusiya mülki infrastruktur obyektlərinə zərbələrin endirilməsini qəbuledilməz hesab edir və beynəlxalq humanitar hüquqa ciddi riayət olunmasını müdafiə edir”, – onlar Smolenskaya meydanında vurğulayıblar.
E.ŞİRİNOV