Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hindistan Hərbi Hava Qüvvələri Pakistan sərhədində həyəcan təbili çalıb.
“The Times of India” qəzetinin yazdığına görə, mayın 5-nə keçən gecə Pakistan hərbçilərinin hücumlarından sonra Hindistanın hərbi aerodromlarında döyüş hazırlığı artırılıb.
Racastan və Pəncab əyalətlərindəki öndəki bazalarda tam silahlanmış döyüş təyyarələri bölmələrinin ekipajları təcili döyüş əməliyyatlarına daim hazır vəziyyətdədir.
TEZADLAR.AZ TASS-a istinadən xəbər verir ki, döyüş tapşırıqlarını yerinə yetirmək üçün Fransadan alınmış çoxhədəfli Rafale qırıcılarından, 300 km-dən çoxmənzilli “Scalp” hava-yer tipli qanadlı raketlərindən də istifadə oluna bilər.
Hindistan-Pakistan münasibətləri aprelin 22-də Cammu və Kəşmirin birlik ərazisindəki Pahalqamda 25 Hindistan vətəndaşının və bir Nepal vətəndaşının ölümünə səbəb olan terror hücumundan sonra pisləşib. Hindistan, Pakistanın Xidmətlərarası Kəşfiyyat İdarəsinin (ISI) “Lashkar-e-Tayba” tərəfindən həyata keçirilən hücumda əli olduğuna dair sübutlara malik olduğunu iddia edir.
Yeni Dehli və İslamabad diplomatik heyətə qarşılıqlı məhdudiyyətlər qoyub, ikitərəfli razılaşmaları dayandırıb və bir-birinin hava məkanını təyyarələr üçün bağlayıb. Hər iki tərəf nəzarət xəttinə atəş açıldığını və cavab tədbirləri gördüyünü bildirir.
JASMİN