Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Krımda internet vasitəsilə Krım körpüsünün dağıdılmasına çağırış edən yerli sakin saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiyanın Krım Respublikası və Sevastopol şəhəri üzrə Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Agentliyin məlumatına görə, şəhər tipli “Sovetski” qəsəbəsinin 52 yaşlı sakini Rusiya əleyhinə nəşrlər və rusofob yazılar yerləşdirmək, habelə Rusiya Silahlı Qüvvələrini gözdən salmaq üçün yaradılan Ukrayna çatlarının fəal iştirakçısı olub.
“Bu çatlardan birində vətəndaş Krım körpüsünün dağıdılması çağırışlarından ibarət şərhlər yazıb”, – məlumatda deyilir.
Həmin şəxsə qarşı “İnternetdən istifadə etməklə törədilən terror fəaliyyətinə açıq çağırışlar” maddəsi ilə cinayət işi açılıb. Həmin adamı 7 ilə qədər həbs cəzası gözləyir.
E.ŞİRİNOV