Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 May 2025 / 09:58

Rusiya Hunkanın cinayətlərinə dair sübutları Kanadaya təhvil verib

Rusiya Kanada tərəfinə nasist və SS üzvü Yaroslav Hunkanın (Qunko) cinayətlərinə dair sübutlar təqdim edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov məlumat verib.

“Onlar Baş Prokurorluq vasitəsilə Kanada tərəfinə Böyük Vətən Müharibəsi zamanı onun (Qunko – RED.) törətdiyi vəhşiliklərə dair dolğun sübutlar təqdim ediblər”, – “RİA Novosti” onun sözlərini sitat gətirib.

Diplomat vurğulayıb ki, Kanada nasisti Moskvaya təhvil verməkdən imtina etsə də, Rusiya onun ekstradisiyasına nail olmağa çalışır.

Bundan əvvəl Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin məlumat vermişdi ki, Böyük Vətən Müharibəsi illərində Qunko, eləcə də onun əlaltılarının Sovet İttifaqının azı 500 vətəndaşının qətlində əli olub.

Xatırladaq ki, 2024-cü il sentyabrın 22-də Kanada parlamentariləri 98 yaşlı Yaroslav Qunkonu Vladimir Zelenskinin gəlişi şərəfinə görüşə dəvət ediblər. Onlar yaşlı qonağı “ruslara qarşı döyüş” veteranı kimi təqdim etməyə çalışıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!