Əsas məzmuna keç

Kreml Ukraynadakı siyasi hakimiyyətin mahiyyətini açıqlayıb

Ukraynadakı siyasi hakimiyyət öz mahiyyətini nümayiş etdirməkdə davam edir.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Kiyev rejimi öz mahiyyətini, terror aksiyalarına meylliliyini nümayiş etdirməkdə davam edir”, – deyə rəsmi bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Moskvada keçirilən Qələbə Paradına hücuma eyham vurmuşdu.Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna liderinin bəyanatlarını birbaşa təhdid adlandırıb.

E.ŞİRİNOV  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…