Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 May 2025 / 12:09

Litva Piyada Əleyhinə Mina Konvensiyasından çıxdı

Litva piyada əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanı (Ottava Konvensiyası) denonsasiya edib.

Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, Seymin (parlament) plenar iclasında 107 deputat sənəddən irəli gələn öhdəliklərdən imtinanın lehinə, 3 nəfər bitərəf qalıb; heç kim əleyhinə səs verməyib.

“Konvensiyadan çıxma qarşısının alınması vasitələrinin gücləndirilməsinə və Litva ordusunun əks-hərəkətlilik tədbirlərindən istifadəsinin effektivliyinin artırılmasına xidmət edəcək”, – qərarı hazırlayan Müdafiə Nazirliyi qeyd edib.

Martın 18-də Baltikyanı ölkələrin və Polşanın müdafiə nazirləri birgə bəyanatda hərbi təhlükənin kəskinləşməsini və bütün çəkindirmə vasitələrindən istifadə etmək zərurətini əsas gətirərək, ölkələrinin rəhbərliyinə Ottava Konvensiyasından çıxmağı tövsiyə ediblər. Sonra Finlandiya onlara qoşulub.

Xatırladaq ki, Piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyası 1999-cu ildə qüvvəyə minib və Ukrayna da daxil olmaqla 164 dövlət tərəfindən qoşulub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, bu silah növü çoxlu sayda mülki insan itkisinə səbəb olur və hərbi əməliyyatlar başa çatdıqdan sonra uzun illər təhlükə yaratmaqda davam edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!