Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk Hava Yolları bölgədəki vəziyyətlə əlaqədar mayın 8-i və 9-da Pakistana və Pakistandan uçuşlar həyata keçirməyəcək.
“Asiyadakı siyasi qeyri-sabitlik səbəbindən mayın 8-i cümə axşamı və 9 may cümə günü İslamabad və Lahora uçuşlarımız ləğv edilib”, – Tezadlar.az xəbər verir ki, aviaşirkətin açıqlamasında bildirilir.
Nəticədə, İstanbul, İslamabad və Lahor arasında hər iki istiqamətdə altı reys yerinə yetirilməyəcək.
Şirkətdən bildirilib ki, bu istiqamətlər üçün mayın 7-dək alınan biletlər əlavə ödəniş etmədən geri qaytarıla və ya başqa tarixlərə keçirilə bilər.
E.ŞİRİNOV