Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 May 2025 / 13:10

Kadırov Putindən xahiş edir ki, onu vəzifədən azad etsin! -SƏBƏB

Çeçenistanın başçısı Ramzan Kadırov özünün mümkün istefası barədə danışıb. Tezadlar.az “Kommersant” qəzetinə istinadən bildirir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını söyləyib. “Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm” , – deyə o diqqətə çatdırıb.

Xatırladaq ki, mayın 5-də R.Kadırov yerli xəbər agentliyinə müsahibəsində prezidentdən onu tutduğu vəzifədən azad etməyi xahiş etdiyini bildirmişdi. O, Ukrayna müharibəsində bir müddət əvvəl fəallıq göstərsə də, sonradan ona edilən təhdidlərdən sonra geri çəkilməyə başladı. Bununla da Rusiyanın bu müharibədə haqsız olduğunu sübutlamış oldu.

A.Məmmədli

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!