Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qələbə paradını yola verən Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib. Tezadlar.az “Ria Novosti”yə istinadla xəbər verir ki, Putin bu barədə Kremldə keçirilmiş mətbuat konfransında deyib. Sitat: “Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”. Putin onu da deyib ki, mayın 12-də sabah bu barədə Ərdoğanla danışacaq. “Mən Ərdoğandan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”.
Beləliklə, bu danışıqlar məhz Putinin təşəbbüsü ilə baş tutacaqsa, deməli, müharibənin dayandırılması həm də daha çox Rusiyaya lazımdır.
A.Məmmədli