Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Rusiya – Ukrayna danışıqlarının bərpasını yüksək qiymətləndirib. Tezadlar.az Anadolu Agentliyinə istinadla bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası rəsmi məlumat yayıb. Sitat: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə telefon danışığı aparıb… Prezident Ərdoğan görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların yenidən başlaması iradəsini son dərəcə əhəmiyyətli hesab etdiyini, Türkiyənin prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazır olduğunu bildirib”. Ərdoğan daha səmərəli atəşkəsin sülh danışıqlarının başlaması üçün lazım olduğunu bildirməklə yanaşı, bunun üçün ən yüksək şəraitin təmin ediləcəyini də vurğulayıb.