Zaxarova Qərb ölkələrinin Kiyevə fasilə vermək üçün 30 günlük atəşkəsə çalışdığını tənqid etdi…
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, “Qərb ölkələri Ukraynanın hərbi potensialını bərpa etməsi üçün 30 günlük atəşkəsə nail olmağa çalışır”, -deyən Zaxarova əlavə edib: “Bu gün Qərb ölkələri Kiyevə hərbi potensialını bərpa etmək və Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün fasilə vermək məqsədilə 30 günlük atəşkəsə nail olmağa çalışır…”.
Xatırladaq ki, Böyük Britaniya, Fransa, Almaniya və Polşa liderləri şənbə günü Kiyevdə keçirilən görüşdən sonra Rusiyanı 30 günlük atəşkəs təklifini qəbul etməyə çağırıblar. Onlar, həmçinin, mayın 12-dən etibarən Ukraynada tam və qeyd-şərtsiz atəşkəsin əldə olunmasını tələb ediblər. Əks halda, Rusiya prezidenti Vladimir Putini yeni kütləvi sanksiyalar tətbiq ediləcəyi ilə hədələyiblər. Bunun fonunda Rusiya prezidenti Vladimir Putin Kiyevə heç bir ilkin şərt olmadan mayın 15-də İstanbulda birbaşa danışıqlara başlamağı təklif edib. ABŞ prezidenti Donald Tramp da Ukraynanı Türkiyədə Rusiya ilə danışıqlara razılaşmağa çağırıb. Ukrayna prezidenti Vladimir Zelenski isə mayın 15-də Türkiyədə Putinlə şəxsən görüşəcəyini bəyan edib. Rusiya prezidenti isə hələlik danışıqlarda iştirakını rəsmi şəkildə təsdiqləməyib. Zelenski isə bu görüşdə Trampın da iştirakını istəyir…
A.Məmmədli
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın