Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 11:11

Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etdi

ABŞ prezidenti Donald Tramp yanvar ayında vəzifəyə başladıqdan sonra ilk dövlət səfərini Səudiyyə Ərəbistanına edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, Trampın təyyarəsi artıq Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanına enib.

ABŞ prezidentinin çərşənbə axşamı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə görüşəcəyi, həmçinin Səudiyyə-ABŞ investisiya forumunda iştirak edəcəyi gözlənilir.

Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Qeyd edək ki, aprelin sonunda Papa Fransiskin dəfn mərasimi üçün Romaya qısa səfərdən başqa, bu, ABŞ prezidentinin yanvarın 20-də vəzifəyə başladıqdan sonra ilk tamhüquqlu xarici səfəridir. Amerika nümayəndə heyətinə, xüsusən də dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və maliyyə naziri Skott Bessent daxildir. Səfər zamanı Amerika nümayəndə heyəti ərəb monarxiyaları ilə investisiya əməkdaşlığının genişləndirilməsinə diqqət yetirəcək, həmçinin müdafiə və təhlükəsizlik, o cümlədən Qəzza zolağı, Yəmən və Ukraynadakı münaqişələrin həlli ilə bağlı məsələlərə toxunacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!