Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 13:20

Yeraltı qrunt sularının istifadəsi ağır nəticəyə gətirdi: ABŞ-ın ən böyük şəhərləri su altına batır…

“Nature Cities” jurnalında dərc edilən yeni araşdırma Nyu-York, Çikaqo, Dallas və Denver də daxil olmaqla, ABŞ-ın ən sıx insanın məskunlaşdığı 28 şəhərin ildə 2 ilə 10 millimetr arasında dəyişən sürətlə batdığını müəyyən edib.

TEZADLAR.AZ   Naked-Science-ə istinadən xəbər verir ki, , Virciniya Politexnik İnstitutunun tədqiqatçılar qrupu peyk məlumatlarından istifadə edərək ABŞ-ın böyük şəhərlərində torpağın enməsinin və ya çökməsinin yüksək dəqiqlikli xəritələrini hazırlayıb.

Tədqiq olunan 28 şəhərin hər birində ərazilərinin ən azı 20%-i batıb.

Şəhərdə çökmənin ən yüksək nisbəti Texas ştatında qeydə alınıb. Məsələn, Hyuston ərazisinin təxminən 40%-i ildə 5 millimetrdən çox, 12%-i isə ildə 10 millimetr batır.

Tədqiqatçılar qeyd edirlər ki, “hətta zamanla yer səviyyəsindəki kiçik dəyişikliklər də binaların, yolların, körpülərin və dəmir yollarının struktur tamlığını əhəmiyyətli dərəcədə poza bilər”.

Qeyd edək ki, torpağın çökməsi bütün dünyada qeyri-adi deyil və bir çox ərazilər təbii geoloji proseslər nəticəsində çökür. Bununla belə, tədqiqatçılar belə nəticəyə gəliblər ki, ABŞ-da şəhərlərin çökməsinin 80%-i insanların istifadəsi üçün yeraltı suların çıxarılması nəticəsində baş verir. Şəhərlər böyüdükcə bu problem daha da pisləşə bilər.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!