Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Polşa Serb Respublikasının Prezidenti Milorad Dodikin ərazisinə daxil olmasını qadağan edəcək.
“Tezadlar.az” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Milorad Dodikin ölkəyə girişinə qadağa qoyulması proseduruna başlanılıb. Bu, hələ də davam edir və bir neçə gün ərzində tamamlanacaq”, – məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl Avstriya və Almaniya “Bosniya və Herseqovinadakı konstitusiya böhranını” əsas gətirərək Dodikə ölkəyə giriş qadağası qoyub. Vyana və Berlin “konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görməyə” qərar veriblər.