Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 09:39

O, Trampın impiçmenti ilə bağlı səsverməyə çağırıb

ABŞ Nümayəndələr Palatasının demokrat deputatı Şri Tanedar prezident Donald Trampa 7 maddə üzrə impiçment elan etmək üçün daha əvvəl təqdim etdiyi qətnamənin səsverməsinə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Hill” nəşri yazıb.

“Keçən ayın sonunda prezident Trampa qarşı impiçment maddələri qaldırdığını elan edən Tanedar prezidentin impiçmenti üçün səsverməyə çağırıb”, – nəşr qeyd edir.

Xatırladaq ki, aprelin 29-da Tanedar prezident Trampın impiçmenti üçün qətnamə təqdim edib. Maddələrə ədalətə maneçilik, beynəlxalq təcavüz, qeyri-qanuni qurumların yaradılması, korrupsiya və “hakimiyyətdən tiran sui-istifadə” daxildir.

E.ŞİRİNOV     

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!