Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 May 2025 / 08:08

Zelenski artıq İstanbuldadır…

Ötən gün axşam saatlarında Ukrayna prezidenti Volodimir Zelenski müharibənin  həlli ilə bağlı danışıqlar aparmaq üçün Türkiyəyə gəlib.  Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, danışıqlarda Zelenski ilə yanaşı, prezident aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sıbiha və müşaviri İqor Jovkva iştirak edəcək.

Prezident Vladimir Putin mayın 15-də İstanbulda Ukrayna hakimiyyəti ilə danışıqların aparılmasını təklif etsə də, o, iştirakından imtina edib. açıqlamayıb. Dünən axşam saatlarında isə Kreml nümayəndə heyətinin tərkibini təsdiqləyib. Volodimir Zelenski də öz növbəsində bildirib ki, Vladimir Putindən başqa heç kimlə danışıqlar aparmağın mənası yoxdur.

Bununla belə, ABŞ Administrasiyasında da hesab edirlər ki, bu görüş hər iki tərəf üçün müharibənin dayandırılmasında bəlkə də son şansdır. Rusiyanın hərbi və iqtisadi itkiləri isə durmadan artmaqdadır. Ötən gün ABŞRusiyaya qarşı daha 17 bəndlik sanksiyaları təsdiqləyib.
A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!