Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“İstanbul danışıqlarından heç bir irəliləyiş və real nəticələr gözləmək lazım deyil…”. Tezadlar.az xatırladır ki, Ukraynalı politoloq Maksim Yali bu qənaətdədir. Sitat: “De-fakto bunu artıq dünən ABŞ Prezidenti Donald Tramp da təsdiqləyib. O bildirdi ki, onun Rusiya lideri Vladimir Putin ilə şəxsi görüşünə qədər hətta atəşkəs məsələsi də həll olunmayacaq. Ümumiyyətlə heç nə həll olunmayacaq. Bu, Mayk Rubionun danışıqlarda iştirak etməyəcəyi ilə də təsdiqlənir. Səbəb kimi Rusiya tərəfinin aşağı səviyyədə təmsil olunması göstərilib. Bu, əvvəlcədən heç bir irəliləyiş gözləməmək barədə bir siqnaldır. Bir daha təkrar edirəm, hətta 30 günlük atəşkəs olsa belə, heç bir irəliləyiş və real nəticələr gözləmək lazım deyil”.
Bəs Zelenskini İstanbulda görüşə dəvət edən, “Ərdoğanla danışmışacağam və xahiş edəcəyəm ki, müzakirələrimizə lazımi şərait yaratsın”, -deyən Putin niyə belə addım atır? Axı bu cür davranış Türkiyəyə də sayğısızlıq deməkdir.
A.Məmmədli