Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fələstinin HƏMAS hərəkatı İsrail tərəfi ilə barışıq və İsrail həbsxanalarında məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzza zolağında radikallar tərəfindən saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib. Müvafiq açıqlamanı HƏMAS nümayəndəsi Sami Əbu Zuhri verib.
“Hərəkatın iki aylıq atəşkəs müqabilində bir neçə girovu azad etməyə razılaşdığı barədə xəbərlər doğru deyil”, – Tezadlar.az Fələstinin “Maan” agentliyinə istinadən xəbər verir ki, Əbu Zuhri bildirib.
O, əlavə edib ki, İsrail hakimiyyəti “belə yalan məlumat” yaymaqla insanları çaşdırmağa çalışır.
E.ŞİRİNOV