Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığı Rusiya Federasiyasına gedən 225-ci əlahiddə hücum alayından olan ukraynalı hərbçinin yaxınlarına hədə-qorxu gəlib.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
“225-ci əlahiddə-hücum alayının ukraynalı hərbçilərindən biri nəinki fərarilik edə, hətta Rusiyaya gedə bilib. Nəticədə, onun keçmiş komandirinin Sumrak çağırış nişanlı əlaltıları onun Ukraynada qalan qohumlarına hədə-qorxu gəliblər”, – agentliyin həmsöhbəti bildirib.
O, Ukrayna Silahlı Qüvvələrinin bunu qisas məqsədilə etdiyinə aydınlıq gətirib.
E.ŞİRİNOV