Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 11:50

İsraildə restoran və kafelərdə su pulsuz verilir. Bəs Bakıda?

…Su həyatdır! Xüsusən də yarıqumsal və qumsal əraizdə yerləşən İsrail üçün! Amma İsraildə maraqlı bir ənənə var: Sosial mediada deyilir ki, İsraildə qanuna əsasən, restoran və kafelərdə su pulsuz verilir. 1986-cı ildə qəbul edilmiş bu qanun iaşə müəssisələrinin sahiblərini müştərilərə soyuq içməli suyu pulsuz təqdim etməyə məcbur edir. Əks halda cərimə qaçılmazdır.

Məs müsəlman ölkəsi olan və təbii su qaynaqları-bulaqları, çayları, kəhrizləri… yetərincə olan Azərbaycanda necədir? Bircə faktı deyək ki, Bakıda 0.5  litrlik “Sirab” suyunun dükanlarda satışı 0,8-1 manat arasıdır, restoranlarda isə 150-2 manat. “İstisu”ya gəlincə, isə hazırda 1 litri dükanlarda 1,32-1,40 manata, restoranlarda isə 2-3 manata satılır.

Bu müsəlman ölkəsi olmayan İsrail, bu da müsəlman ölkəsi olan Azərbaycan?

Bəs su qıtlığı olan İsraildə suyun restoran və kafelərdə pulsuz verilməsinin fəlsəfəsi nədir? Adətən müsəlmanların bir misalı da var: “Yezitsən, suyu niyə kəsmisən, vermirsən?”.

Əlavə şərhə zərurət varmı?!

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!